Rusiya prezidenti Vladimir Putin "Vaqner"in dünənki qiyamından sonra ilk dəfə açıqlama verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dünən Belarus lideri Lukaşenkonun sayəsində qiyamı dialoqla yatıran Putin bu gün Rossiya1 kanalına müsahibəsində bütün diqqətinin Ukraynadakı savaşa yönəldiyini deyib: "Müdafiə Nazirliyinin rəsmiləri ilə davamlı ünsiyyətdəyəm. Bizim prioritetimiz Ukraynadakı əməliyyatdır. Ukraynadakı bütün planlarımız gerçəkləşəcək. Əminəm ki, Ukraynada xüsusi hərbi əməliyyatlarla bağlı bütün planlar və tapşırıqlar yerinə yetiriləcək”
Samir MUSAYEV
MİA.AZ