AK Partiyanın parlamentdəki fraksiya üzvləri ilə görüşdə çıxış edən prezident Ərdoğan CHP sədri Kamal Kılıçdaroğluna "ilişib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan çıxışında CHP sədri Kamal Kılıçdaroğlunun bir neçə gün əvvəl "Türkiyənin gün işığına çıxması üçün lazım olsa, gərəkirsə, "16-lı Masa" quraram" sözlərini ələ salıb.
Ərdoğan deyib ki, ittifaqdakı partiyaların sayının 16 deyil, daha çox lazım olması gərəkir: "16 yetərli deyil. Daha da çox lazımdır. Süfrədə ortaqları artırmaq mümkün deyil. Millət iradə tələb edir. İstər 160 masa olsun, ancaq millətin şilləsindən qaça bilməzsən...".
AKP lideri seçkidə fəal işləyən partiyadaşlaırna bir daha təşəkkür edə edib.
Samir
MİA.AZ