"Suriyalı qaçqınlar ölkədən təcili, gərəkirsə zorla çıxarılmalıdır" deyən Zəfər partiyasının sədri Ümit Özdağ Suriyaya səfərə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, qatıldığı canlı yayımda deyib. 

Ümit Özdağ bildirib ki, 4 nəfərlik heyətlə Şama, Lazkiyəyə gedəcək: "Bu, qeyri-rəsmi bir səfərdir".

Partiya sədrinin sözlərinə görə, səfər iyulun ikinci həftəsində gerçəkləşəcək.

Zülfiyyə

MİA.AZ