Bir il müddətinə CHP-dən xaric edilən Bolu Bələdiyyə sədri Tanju Özcan cəza müddəti bitdikdən sonra partiyasına qayıdıb. 

Mia.az xəbər verir ki, bu barədə Tviter səhifəsində paylaşım edən bələdiyyə sədri dönüşünü belə bəyan edib: "Mən Tanjuyam... Dönəcəyəm dedimmi, dönərəm".

Türkiyə mediası onun bu açqlamasını Kılıçdaroğlunun seçkilərdə “Mən Kamal, gəlirəm” sloqanı ilə müqayisə edərək, onun, əslində, CHP liderinə üstüörtülü mesaj verdiyini iddia etməyə başlayıblar.

Xatırladaq ki, Bolu Bələdiyyə Məclisinin qadın üzvü ilə aşağılayıcı tərzdə davrandığı üçün o, partiyadan bir il müddətinə cəza olaraq uzaqlaşdırılmışdı.

Samir

MİA.AZ