Türkiyə xalqı 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır.
Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, 2024-cü ildə keçiriləcək yerli seçkilərdə Ərdoğanın lideri olduğu AK Partiyanın xüsusən İstanbulda kimin namizəd göstərəcəyi maraq doğurur.
Türkiyə mətbuatı yazır ki, Ərdoğan bu seçkidə Əkrəm İmamoğlu ilə mübarizə apara biləcək yetkin namizədlə bağlı ciddi təhlil aparır.
Məlumata görə, Ərdoğan bu şəhərdən sabiq nazirlər - deputat Süleyman Soylu, deputat Murat Kurum, istanbulun Esenlər bələdiiyəsinin sədri Tevfik Göksu və Tuzla bələdiyyəsinin sədri Şadi Yazıcının adları üzərində dayanıb.
Tahir
MİA.AZ