Bu gün Türkiyənin Aksarayın Ortaköy rayonunun Kırlı kəndində təlim təyyarəsi boş sahəyə düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, pilotlar Hakan Zengin və Hakan Göktürk xəsarət almadan xilas olublar.
Məlumata görə, İstanbuldan havaya qalxdığı bildirilən təlim təyyarəsi saat 14.15 radələrində Aksarayın Ortaköy rayonunun Kırlı kəndində hələlik tam dəqiq bəlli olmayan səbəbdən boş sahəyə çırpılıb: "Bölgəyə jandarma, yanğınsöndürən və sağlamlıq qrupları sövq edilib".
Vali Aydoğdu bildirib ki, ilkin ehtimala əsasən, təyyarənin mühərriyində nasazlıq yaranıb: "Təyyarə magistral yola 700 metr aralıdakı boş sahəyə düşüb. Pilotlar qəzadan yara almadan qurtulublar, nlıarla telefonda danışdım, yaxşıdırlar".
Lamiyə
MİA.AZ