Ankarada Türkiyə prezidentinin andiçmə mərasiminə qatılan Pakistanın baş naziri Şahbaz Şəriflə Ərdoğanın arasında maraqlı söhbət olub.

Mia.az xəbər verir ki, bu dialoq dünya mediasının manşetinə çevrilib.

Yayılan videolardan görünür ki, Ankarada mərasimdə olan Şahbaz Şərif Ərdoğan əvvəlcə təbrik edir: "Pakistan xalqı seçildiyiniz üçün çox xoşbəxtdir. Dəvətinizə görə çox sağ olun, xoş anınızı bizimlə bölüşdünüz".

Daha sonra o, Pakistandan hədiyyə olaraq manqo meyvələri gətirdiyini bildirib. Bunu duyan Ərdoğan baş barmağını qaldıraraq "əla" deyir və məmnunluğunu ifadə edib.

Ərdoğan manqoların harada olduğunu soruşub. Ətrafdakılar "Evə göndərilib" dedikdən sonra Şərif sözlərinə belə davam edib: “Onların yarısı qardaşımın, yarısı da bacımındır”.

Ərdoğan və xanımı Şərifə bir daha təşəkkür edir: "Mən bilirəm ki, Pakistan manqoları dadlı və şirindir”.

Lamiyə

MİA.AZ