ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin gələn həftə 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini elan edəcək.

Mia.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb. 

Məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın müavini Pens iyunun 7-də Ayova ştatında tədbirdə iddiasını açıqlayacaq: "O, keçmiş rəhbəri Tramp və Ron DeSantisdə rəqib olacaq".

Qeyd olunur ki, "Morning Consult" Araşdırma Mrkəzi mayın 26-28-də keçirdiyi sorğuya əsasən, "Respublikaçı" seçicilərin 56 faizi Trampı, 22 faizi DeSantisi, cəmi 5 faizi isə Pensi namizəd görmçək istəyir: "Yəni, Pensin partiyadaxili rəqabətdən qalib çıxacağı çətin görünür".

Xatırladaq ki, onlarla yanaşı, Respublikaçılar Partiyasından namizədliyini artıq elan edən digər iddialılar da var: "Ancaq ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, gənc multimilyonçu Vivek Ramasvami, iş adamı Perri Conson, mühafizəkar qaradərili radio aparıcısı Larri Elder, senator Tim Skott və siyasətçi Asa Hatçinsonun yuxarıdakı 3 namizədlə müqayisədə uğur qazanması mümkün görünmür".

Xatırladaq ki, hazırkı prezideent Baydenin təmsil olunduğu Demokratlar Partiyasından bu dəfə də namizəd olacaq. Məlmata görə, hələlik partiyada ona qarşı iddiasını açqılayan ii nfər var: "Onlardan biri ABŞ-ın keçmiş  prezidenti Con Kennedinin qardaşı oğlu Robert F. Kennedi, digəri isə yazıçı Marianne Villiamsondur".

Lamiyə Əhmədli

MİA.AZ