Ötən ilin fevral ayında Ukraynaya hücum edən Rusiyanın ordusunun bu günədək itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bu gündək gedən döyüşlərdə Rusiyanın bu günədək 208 180 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 3807  tankı, 7488 zirehli döyüş texnika, 3475 artilleriya sistemi, 573 reaktiv yaylım atəş sistemi, 334 hava hücumundan müdafiə sistemi, 312 təyyarə, 299 helikopter, 947 qanadlı raket, 6287 nəqliyyat vasitəsi və avtoçən, 18 gəmi-kateri, 3164 PUA və 458 xüsusi texnikası məhv edilib".

Samir

MİA.AZ