İYİ Partiyasının başqanı Meral Akşener İstanbulda prezident seçkilərinin ikinci turuna səs verib.
Mia.az xəbər verir ki, səsvermədən sonra jurnalistlərə açıqlama verən Akşenerin sözləriə görə, seçkinin nəticəsini Ankaradan izləyəcək: "Millətimiz üçün xeyirli olacaq. İnşallah, Allah ürəyimizdə olanı bizə əta edər. İndi Ankaraya köçürəm".
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə bakı vaxtı ilə saat 18.00-dakə davam edəcək.
Samir MUSAYEV
MİA.AZ