Zəfər Partiyasının başqanı Ümit Özdağın ikinci turda Kamal Kılıçdaroğlunu dəstəkləməsindən sonra gözlər həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşa yönılmişdi.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün, nəhayət, səssizliyini pozub.
Tviter-də paylaşım edən Səlahəddin Dəmirtaş yazıb: "Səsvermədən dəyişiklik çıxmazsa, iqtisadiyyatda və demokratiyada fəlakət olacaq. Artıq bu işin üçüncü turu yoxdur! Hörmətli Kılıçdaroğlu yola davam. Türkiyə nəfəs alsın. Seçkiyə gedi, 1 nəfəs üçün, 1 səs verin".
Tahir Şəlvəli
MİA.AZ