Türkiyədə ikini tura qalan prezidentliyə namizədlərin mayın 28-nə hazırlıqları davam edir.
Mia.az xəbər verir ki, CHP-nin İstanbul şəhər təşkilatının sədri Canan Kaftancıoğlu FOX TV-də gündəmlə bağlı açıqlamalar verib.
O, aparıcının "İqtidar tərəfi Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə, PKK lideri Abdullah Öcalını həbsdən azad edəcəyini iddia edir", - sualına belə cavab verib: "Terror təşkilatının lideri Öcalanın Kılıçdaroğlu seçiləndə azadlığa çıxacağı barədə qarşı tərəf usanmadan davamlı təxribat kampaniyası aparır. Halbuki, bu, mümkün deyil, ola da bilməz. Baxın, Öcalının qardaşı Osman Öcalanı TRT-yə çıxaran kim idi? Ərdoğan. Abdullah Öcalan terror təşkilatının qurucusudur. Barəsində hökm varmı? Var. Hal-hazırda cəzasını çəkirmi? Çəkir. Kamal Kılıçdaroğlunun onu sərbəst buraxmaq yetkisi yoxdur. Bunu etməz də. Onların iqtidarda qala bilmək üçün elədiklərini, biz qazanmaq üçün etməyəcəyik".
2-ci turla bağlı danışan Kaftancıoğlu bildirib ki, Kamal bəy qalib gələcək: "O, qalib gələcək, qlaib olmaq zorundadır. 28 May seçkiləri Türkiyə Cümhuriyyətinin varlığı və yoxluğu seçimi olacaq...".
Samir
MİA.AZ