Prezident seçkiləri ikinci turda qalib gəldikdən sonra gözlər ATA Alyansının kimə dəstək verəcəyinə çevrilib.
Mia.az xəbər verir ki, HALK TV-yə açıqlama verən Zəfər Partiyasının sədri Ümit Özdağın sözləriə görə, hələ 3 ay əvvəl "Mansur Yavaş namizəd olsun, CHP qalib gələcək" deyib, ancaq onu dinləyən olmayıb: "Bu təklifləri Ərdoğana mən etməmişəm, mən onları Kamal bəyə etdim. Hələ də CHP-dən "bizi dəstəkləyin" tələbi yoxdur".
Seçkidə Sinan Oğanı dəstəkləyən "Zəfər" lideri bildirib ki, 21 ildir Ərdoğanla mübarizə aparır: "Ərdoğana müraciət edib "Səni dəstəkləyirəm" demədim. "Ərdoğan qalib gəlsin" demədim. Biz hələ seçki prosesinin əvvəlində prinsiplər müəyyən etmişik. Biz Əhməd və ya Mehmetlə bağlı hərəkət etmirik. Bizim şərtlərimiz bəlldir. PKK-ya dəstək verən HDP və ya hizbullahçı "donuzbağçılar"la (HÜDA PAR) yol yürüyə bilmərik. Bu şərtlərimizi qəbul edən tərəfə "hə" deyərik. Yoxsa heç bir namizədə dəstək verməyəcəyik"
Zülfiyyə
MİA.AZ