Məşhur jurnalist Cem Küçük 2-ci tur seçiləri barədə maraqlı proqnoz verib.
Mia.az xəbər verir ki, "Ensonhaber.com"da "Gündem Özel"də danışan jurnalist deyib ki, CHP seçiciləri ikinci turda sandığa getməyəcək: "Çünki məğlubiyyəti qəbul etdilər".
Prezident Ərdoğanın ikinci turdan qalib çıxacağını ifadə edən Küçük, bunları deyib: "CHP bu seçkidən ibrət götürməlidir. Tayyib bəy 51-52 faizlə bu seçkini rahatlıqla götürəcək. Təbii ki, bu, rahatlıq gətirməməlidir. Ancaq Ərdoğanın lideri olduğu Cumhur İttifaqı Məclisi də götürdü. Parlament artıq əllərindədir. Burada 5 il hər şey Ərdoğanın istəyi kimi gedəcək...".
Lamiyə
Mia.az