Prezidentliyə namizədliyini geri götürən Məhərrəm İncə Ankarada səs verib.
MİA.AZ xəbər verir ki, həyat yoldaşı Ülkü İncə ilə birgə səs verən Yaşamkent Şener Çakmak Anadolu Liseyinə gələn İnce səsvermədən sonra xaımının yanında jurnalistlərə qəzəblənib.
O, barəsindəki seks görüntüsü iddialarına işarə edərək deyib: "Kaset yoxdur. Xahiş edirəm, xəbəri düzgün yazasınız. Amma bunları ortaya çıxaran FETÖ-dür. Amma bunu yayanlar var ha, onlaırn hamısını məhkəməyə verəcəm. Köhnə dostlarım da daxil".
Samir MUSAYEV
Mİ.AZ