Türkiyə Kəşfiyyatı Suriyada növbəti əməliyyat keçirib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyatla İŞİD üzvü olmaqda şübhəli bilinən 4 nəfər qandallanıb.

Məlumata görə,Ş onarın arasında qırmızı bülletenlə axtarılan İŞİD-in "Türkiyə üzrə valisi" Şahap Variş da var.

Onun Türkiyədə İŞİD-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktı ilə əlaqəsi olduğu müəyyən edilib.

Zülfiyyə

Mia.az