"Receb İvendik" kimi məşhurlaşan Şahan Gökbakar prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun “Söz verirəm, o Kandil adlı terror yubasını dağıdacağam" başlıqlı videosunu Tviter-dəki profillində paylaşlb.
Mia.az xəbər verir ki, o, paylaşımında Kamal Kılıçdaroğluna qarşı aparılan qaralama təbliğatını pisləyib. Eyni zamanda, Ərdoğanın son mitinqdə Kamal Kılıçdaroğlunun Kandilə sığınan PKK terrorçuları ilə işbiriliyində olmasını iddia etməsinə və montaj olduğu deyilən video nümayiş etdirməsinə təpki göstərib.
Məşhur komediya ustası paylaşımında Kılıçdaroğlunun "O Kandili dağıdacam" videomüraciətini paylaşaraq yazıb: "Daha nə desin? Bunu daha bu qədər açıq necə desin? Elə pis-pis montajlanmış terrorçuyla bəzənmiş videoları mitinglərdə oynatmaq və bu ölkəə insanlarını bir-birinə qarşı kütləvi qaldırmaq ağılasığmazdır. Bu ölkəyə bunu etməyə kimsənin haqqı yoxdur”.
Ləman
MİA.AZ