İstanbul hava limanında terrorçu qadın tutulub.

Mia.az xəbər verir ki, bu barədə İstanbul polisi məlumat yayıb.

Bildirilib ki, dünən saat 17.50 radələrində İstanbul Hava Limanında şübhəli görünəın bir qadın polis tərəfindən saxlanılıb:

"Şəxsiyyəti dəqiqləşdirilərkən, onun "terror qruplaşmasına üzv olma" ittihamı ilə barəsində 6.3 il həbs cəzası olan, lakin həbsdən yayınan K.Q. adlı şəxs olduğu müəyyənləşib. Üstəlik, onun polislərə təqdim etdiyi  sənədin də saxta olması aydınlaşıb. İfadəsi alındıqdan sonra, o, həbsxanaya göndərilib"

Samir

MİA.AZ