Prezident Ərdoğan bu gün Vanda seçki mtinqi keçirib.
Mia.az xəbər verir ki, o, mitinqdə bir neçə gün əvvəl bu şəhərdə mitinq keçirən rəqibi Kamal Kılıçdartoğlunu yenə tənqid edib.
Ərdoğan CHP-nin heç vaxt bu şəhərə rahat mitinq keçirə bilmədiyini deyərək, Kılışdaroğluna kürdlərin partiyası olan HDP-nin verdiyi dəstəəy diqqəti çəkib: “Həmin mitinqdə də "Dişə diş, qana qan" şüarları səsləndiriblər. Təsəvvür edin, CHP bura gəlib mitinq edə bilərdimi? Bunu kiminlə etdilər? İndi CHP-nin dəstəyini soruşmaq lazımdır. Utanmadan "dişə diş, qana qan" deyənlərin Van dərdi ola bilərmi?
İnanıram ki, mənim xalqım 14 mayda onlardan bunun hesabını soruşacaq".
Samir
MİA.AZ