İran prezidenti İbrahim Rəisi dünən onu müşayiət edən böyük heyətlə Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla da 13 il sonra İbrahim Rəisi Dəməşqə gedən ilk İran prezidenti olub.

Məlumata görə, Dəməşqdə Əsəd tərəfindən qarşılanan İran prezidenti burada Suriyaya dəyişməz dəstəklərini təkrarlayb.

Məlumatda qeyd olunur ki, ikigünlük səfər çərçivəsində xeyli sazişlər imzalanacaq.

Samir

MİA.AZ