HDP-nin həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş Kamal Kılıçdaroğluna açıq dəstək verib.
Mia.az xəbər verir ki, o, bu barədə Tviter-də paylaşım edib.
Paylaşımında Kamal Kılçdaroğlunun "cənab prezidentim" deyə xitab edən Dəmrtaş yazıb:
"Türkiyənin 13-cü prezidenti cənab Kılıçdaroğlu, Allah yolunuzu açıq etsin. Səmimi qəlbdən inanıram ki, siz ayrı-seçkiliyə son qoyacaqsınız, cəmiyyətdə barışı təmin edəcəksiniz, Türkiyəni firavanlığa, rahatlığa qovuşduiracaqsınız. gətirəcəksiniz. Mənim səsim sizədir, cənab Prezident Kılıçdaroğlu".
Samir
MİA.AZ