İngiltərə derbisində futbolçunun gözünə lazer tutan fanat həbs edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Arsenal" açıqlama yayıb.
Bildirilib ki, "Arsenal"ın "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldiyi oyunda ukraynalı ulduzu Mixail Mudrikin gözünə lazerlə işıq salan azarkeş saxlanılıb.
London polisi bu faktı təsdiq edib. Əlavəe edib ki, onunla yanaşı, derbiyə qanunsuz bilet satan 3 nəfər də saxlanılıb.
Fərid
MİA.AZ