İngiltərədə yaşayan Türkiyə milliisnin və "Fənərbağça"nın keçmiş qapıçısı Rüştü Reçberin həyat yoldaşı İşıl Reçber 14 may seçkiləri ilə bağlı səsvermədə iştirak edib.
Mia.az xəbər verir ki, bu barədə o, İnstagram-dakı səhifəsində paylaşım edib: "Bu gün vacib bir gün idi! Vətəndaşlıq borcumu yerinə yetirdim və gözəl Türkiyəmə səs verdim. Londonda bir az tez başlayır və 29 aprel-7 may tarixləri arasında davam edir. Ölkəmə, millətimə uğurlar. Harada oluruqsa olsun, bircə vətənimiz var”
Xatırladaq ki, Rüştü Reçberin həyat yoldaşının övladlarının təhsillinə görə İngiltərədə yaşadığı deyilir.
Ləman
Mia.az