ABŞ-ın İllinoys ştatında güclü qum fırtınası zəncirvari yol qəzasına səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 60-a yaxın avtomobilin toqquşduğu qəzada 10-dan çox ölən, 30-a yaxın yaralanan var.

Məlumata görə, qəzada iki yük maşını yanıb: "Hazırda qəzanın dağıntıları aradan qaldırılır. Ölən və yaralılar haqqında dəqiq açıqlama veriləcək".

Samir

Mia.az