“Millət İttifaqının məqsədi Rəcəb Tayyib Ərdoğanı, AK Partiya, Cumhur İttifaqını siyasi səhnədən yola salmaqdır".
Mia.az xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik Adananın Kozan rayonunda vətəndaşlarla görüşdə deyib.
O bildirib ki, bu səbəbdən əhali bir nəfər kkiimi seçkiyə gedəərk Ərdoğana və AKP-yə səs verməlidir: "Bir səs ölkənin taleyini dəyişir. Prezidentimizin simasında Türkiyəni təhdid edənlərə ən sərt cavabı bir səs verir. Bir səs Türkiyənin birliyinə, həmrəyliyinə, sülhünə dəstək deməkdir. Bir səs, bir vətən, bir millət, dövlətdir. Bizlər 14-nə qədər dayanmayacağıq, yorulmayacağıq, hər yerə gedəcəyik, hər qapını döyəcəyik. Hər yerdə Rəcəb Tayyib Ərdoğan, AKP, Cumhur İttifaqı deyəcəyik".
Lamiyə
Mia.az