Türkiyədə terrorçularla atışmada jandarma əməkdaşı şəhid olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Mardinin Nusaybin rayonuna bağlı Bağok Dağı Bölgəsində bir qrup PKK terrorçusu ilə toqquşma baş verib.

Nəticədə bir jandarma əməkdaşı şəhid olub, biri isə yaralanıb.

Lamiyə

MİA.AZ