ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens istintaqa ifadə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mayk Pens keçmiş prezident Donald Tramp və 2020-ci il seçkiləri ilə bağlı istintaqa çağırılb.
Məlumata görə, o, 2020-ci il prezident seçkiləri prosesini birbaşa və ya dolayı yolla pozmaq cəhdləri ilə bağlı aparılan istintaqda 5 saatdan artıq ifadə verib.
Amerika mətbuatının xəbərinə görə, Pens 6 yanvar 2021-ci ildə Konqresə hücumda Trampın trərəfdarlarını necə yönləndirməsi ətrafında da sorğuya çəkilib.
Xatırladaq ki, Amerika tarixində ilk dəfə olaraq vitse-prezident işlədiyi prezidentlə bağlı istintaqda ifadə verib.
Samir Musayev
Mia.az