Bu gün Bakı vaxtı ilə saat 00.00-da Türkiyənin daha bir şəhərində zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Muğlanın Datça mahalı sahillərində 5.0 bal gücündə zəlzələ baş verib.
Türkiyə mətbuatı zəlzələnn epsentrinin dəniz sahili zolağına təsadüf etdiyindən dağıntı və insan tələfatı olmadığını qeyd edir.
Zülfiyyə
Mia.az