Keçmiş Ədliyyə naziri və AK Partiyanın Qaziantep şəhərindən deputatlığa namizədi Əbdülhəmid Gül "Habertürk" TV-də canlı yayımında sualları cavablandırıb.

Mia.az xəbər verir ki, o, aparıcı Kübra Parın "AK Partiya müxalifət olmağa hazırdırmı? Prezident seçkisi uduzsa, AK Partiya buna etiraz edəcək və ya başqa şeylər olacaqmı?",- sualına belə cavab verib: "Qutudan nə çıxırsa, AK Partiya onu yerinə yetirəcək. Millətmizin iradəsi başımız üstə. AK Pariya seçici iradəsini, seçki qutusunu demokratiyanın namusu, şərəfi hesab edir".

Sabiq nazir əlavə edib ki, seçkidə həm Ərdoğanın, həm də AK Partiyanın qazanacağına şübhə etmir: "İnanıram ki, prezidentimiz birinci turda seçiləcək. Bu seçki birinci turda bitəcək".

Samir Musayev

MİA.AZ