Türkiyənin Şanlıurfanın Siverek rayonunda partiyasının seçki bürosunun açılışında çıxış edən kürdlərin kompakt cəmləşdiyi HDP-nin həmsədri Pervin Buldan 14 May seçkiləri ilə bağlı açıqlamalar verib.
Mia.az xəbər verir ki, o, 14 may seçkilərinin ölkənin taleyini dəyişəcək bir seçki olacağını bildirib.
O, tərəfdarlarına Kamal Kılıçdaroğluna səs verəcəklərinə işarə verib: "Biz həmin günü həm prezident, həm də parlament seçkiləri yaşayacağıq. Bilirsiniz, bizim, kürdlərin birbaşa prezidentliyə namizədi yoxdur, biz Ramazan bayramından sonra keçirəcəyimiz mitinqlərdə Prezident seçkiləri üçün konkret kimə səs verəcəyimizi sizə bildirəcəyik. Zatən, siz bizim kimə səs verəcəyimizi biliriniz".
Zülfiyyə
MİA.AZ