Bu gün Türkiyənin yerli peyki IMECE Bakı vaxtı ilə saat 10:47-də ABŞ-dan kosmosa buraxılıb.
Mia.az xəbər verir ki, mərasimi canlı yayımda izləyən Milli Müdafiə naziri Hulusi Akar sevincini həmin anda "Bravo" sözü ilə ifadə edib.
İMECE-nin kosmos buraxılması ərəfəsində Ərdoğanın video mesajı da yayımlanıb.
Ərdoğan deyib ki, Türkiyənin kosmos yarışında tarixi bir məqamın şahidi oluruq: "Türkiyəyə strateji imkanlar verəcək peykimizin qurulmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Milli texnologiya hərəkətimizin meyvələrini bir-bir yığırıq...".
Xatırladaq ki, İMECE 5 il kosmosda qalacaq və Yeri müşahidə edəcək peykdir.
Zülfiyyə
MİA.AZ