Türkiyədə kürdlərin partiyası sayılan HDP-nin keçmiş sözçüsü Ayhan Bilgen HDP tərəfdarlarının "yuxusuna haram qatan" paylaşım edib.
Mia.az xəbər verir ki, o, fəalyyətinin dayandırılması prosesi gedən HDP-li deputatlarının Yaşıl Sol Partiyasının "çətiri altında" seçkiyə qatılmasına əngəl yaradılacağını iddia edib.
Bilgen Tviter-dəki səhifəsində yazıb ki, YSK (MSK) "HDP-nin davamı" deyərək, Yaşıl Sol Partiyasının da son anda seçkidə iştirakını qadağan edəcək.
Onun bu barədə tvitini aşağıda təqdim edirik:
Zülfiyyə
MİA.AZ