Böyük Türkiyə Partiyası (BTP) mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdən geri çəkilib.
Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
Böyük Türkiyə Partiyasının sədri Hüseyn Durmaz bildirib ki, mayın 14-də keçiriləcək seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan və "Cümhur İttifaqı"nı dəstəkləmək üçün bu addımı atıblar.
Sədrin sözlərinə görə, artıq bu gündən deputatlığa irəli sürdükləri namizədləri də geri çəkəcəklər: "Məqsədimiz Ərdoğan və onun lideri olduğu ittifaqın daha rahat qazanmasına var gücümüzlə dəstək olmaqdır".
Samir Musayev
MİA.AZ