Türkiyənin Ərzurum şəhərinin Tortum mahalının Kireçli məhəlləsinə bu gün səhər canavar hücum edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, yalnız qurd kənddə 1-i ağır olmaqla, 4 nəfəri yaralayıb.
Məlumata görə, canavar ilk olaraq səhər axurdan çıxan 6 uşaq sahibi olan qadına hücum edib. Onun qışqırtısına kənd camaatı tökülüb.
Həmin vaxtı daha 3 nəfəri yaralayan canavar qaçıb. Kənd camaatı silahlanaraq onu kənddən xeyli aralıda mağarada güllələyiblər.
Fərid
MİA.AZ