Prezident Ərdoğan MHP-nin qurucu lideri Alparslan Türkeşin oğlu Tuğrul Türkeşin namizədliyini rəhbəri olduğu AKP-nin siyahısından deputatlığa namizədliyini irəli sürüb.

Mia.az TRT-yə istinadla xəbər verir ki,  Ərdoğan Alparslan Türkeşin oğluna Ankaradan şans tanıyıb.

Maraqlı burasıdır ki, Alparslan Türkeşin qızı isə Ərdoağana sərt müxalif olan İYİ partiyadan deputatlığa namizəd olub.

İYİ partiyanın YSK-ya (MSK) təqdim etdiyi siyahıya görə, Alparslan Türkeşin qızı Ayyüce Türkeş Adanadan deputatlığa namizəd kimi ölkə parlamentinə düşmək uğrunda mübarizə aparacaq.

Zülfiyyə

MİA.AZ