"Mənim namizədliyimə mane olmaq istədilər".
Mia.az xəbər verir ki, bu sözləri Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu bu gün Trabzonda mitinqdə deyib.
O bildirib ki, heç kimə kinli deyil: "Namizədliyimə mane olmaq istədilər. Heç kimə kin saxlamıram, hirslə baxmıram. Bu ölkəyə ya ədaləti gətirəcəyəm, ya da gətirəcəyəm".
Kılıçdaroğlunun sözlərinə görə, prezident seçildikdən sonra bütün bürokratik əngəlləri aradan qaldıracaq: "Allah nəsib eləsin. Seçilən kimi, bütün təqaüdçülərin hesabına 15 min lirə birdəfəlik ödəmə kçürülüəcək. Bu ölkədə oğurlanan, dağıdılan pulları xalqa yönəldəcəm".
Zülfiyyə
Mia.az