Hollandiyanın Haaqa şəhəri yaxınlığında içərisində təxminən 50 nəfərin olduğu sərnişin qatarı relsdən çıxaraq aşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb. 

Məlumata görə. qəzaya qarşı tərəfdən  gələn yük qatarı səbəb olub.

Hollandiya Dəmir Yolları Şirkətinin sözçüsü Erik Kroeze bu faktı təsdiq edib.

Şəhərin Bələdiyyə başçısı Nadine Stemerdink qəzanı inanılmaz sayıb. O, həlak olan şəxsin ailəsinə başsağlığı verib.

Samir

Mia.az