Rusiya Ukraynanın Odessa şəhərini ötən gecə bombalayıb.

Mia.az xəbər verir ki, bu barədə Odessada yaşaYan azərbaycanlı jurnalist Anar Natiqoğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, gecə saat 02.15-dən başlayaraq, ruslar kamikadze dronlar və aviasiyanın müşaiyəti ilə Odessaya yarım saatlıq hava hücumu gerçəkləsdirib.

Məlumata görə, şəhərdə dağıntılar var, ancaq ölən və yaralılar haqqında rəsmi xəbər açıqlanmayıb.

Samir

MİA.AZ