Məmləkət Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə "Habertürk" telekanalında sualları cavablandırıb.

Mia.az xəbər verir ki,  prezidentliyə namizəd mayın 14-də keçiriləcək seçkidə ikinci tura qalma ehtimalını yüksək sayıb.

Aparıcı Mehmet Akif Ersoyun "ikinci turda kimə dəstək verəcəksiniz? Kılıçdaroğlunu dəstəkləyəcəksiniz?" sualına isə, o, belə cavab verib: "Əvvəla, Ərdoğan getməlidir. Ərdoğanın getməsi üçün əlimdən gələni edəcəm. Hələ birinci tur olmayıb, ikinci tur gələrsə, o zaman oturub danışarıq. İndidən niyə ikkinci turdan danışaq ki? Mən deyirəm ki, ikinci tura qalsam, daha şanslı olacağam. Yox, başqası qalarsa, o zaman shəri gün müzakirə edərik".

Zülfiyyə

Mia.az