Rusiya Ukraynanın Donetsk vilayətinin Kostiantynovka qəsəbəsini bombalayıb.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabında paylaşım edib.
O bildirib ki, bombalama nəticəsində 16 binal, 8 fərdi ev, bir uşaq bağçası və xeyli obyekt zərər görüb: "Bununla bərabər, 6 mülki şəxs ölüb, 8 mülki vətəndaş isə yaralanıb. Hazırda hücum davam edir".
Samir
MİA.AZ