Bu gün İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat məlumatı yayaraq Rusiyanın daha 400 min nəfəri hırbi səfərbərliyə cəlb etməyə hazırlasdığını iddia edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumatda toplanan yeni əsgərlərin Ukraynaya savaşa göndəriləcəyi bildirilib.
İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, səfərbərlik yaxın zamanda başlayacaq: "Hakimiyyət 400 min daha çox əsgər toplamaq üçün böyük bir səfərbərlik kampaniyası başlatmağa hazırlaşır".
Məlumata görə, yeni səfərbərlkk qərarı böyük narazılıq yaradacaq. İddia olunur ki, hərbi rəhbərlik 400 min əsgəri asanlıqla toplaya bilməyəcək: "Bu, ölkədə narazılığı bir qədər də artıracaq".
Samir Musayev
Mia.az