Məmləkət Partiyasının sədri Məhərrəm İncənin dünən TV100-də "partiyamın səsi 11, mənimki isə 16-17 faiz civarındadır. Biz seçkidə bu qədər səs toplayacağımıza əminik. Bunu keçirilən rəy sorğularıtəsdiq edir", - dediyi bu sözləri Türkiyə siyasətində gülüş doğurub.
Mia.az xəbər verir ki, sorğu təşkilatlarının bir-birinin ardınca İncəni yalanlaması diqqətlərdən qaçmayıb.
Son olaraq sorğu təşkilatının sədrlərindən biri Derya Kömürcü sosial şəbəkə hesabından paylaşım edərək, İncəni yalan danışşmaqda ittiham edib: "Araştırmalarımızın heç birində belə bir tablo yoxdur"
Onun tvitini olduğu kimi təqdim edirik:
Lamiyə
Mia.az