Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı siyasi gündəm hər keçən gün daha da aktivləşir.
Mia.az xəbər verir ki, ölkəninn nüfuzlu sorğu təşkilatları demək olar hər həftə partiyaların reyytinqi ilə bağlı sorğular keçirir.
Belə soruğulardan birini də "MAK Consulting" keçirib.
Rəy sorğusuna əsasən, Ərdoğanın lideri olduğu AK Partiya seçicilərin 33, Kamal Kılışdaroğlunun lideri olduğu CHP 25, Meral Akşenerin sədri olduğu İYİ Partiya isə seçicilərin 13,1 faiz səsini alacaq.
Digər partiyaların səs faizi ilə belədir:
AK Partiya: yüzdə 33,0
CHP: yüzdə 25,0
İYİ Partiya: 13,1 faiz
HDP: 9,1 faiz
MHP: 6,1 faiz
DEVA Partiyası: 2,0 faiz
Rifah Partiyası: 1.2
Müstəqil Türkiyə Partiyası: 1,1 faiz
Vətən Partiyası: 1,0 faiz
Gələcək tərəf: 1,0 faiz
Səadət Partiyası: 0,8 faiz
Zəfər Partiyası: 0,7 faiz
HUDA PAR: 0,7 faiz
Böyük Birlik Partiyası: 0,3 faiz
Demokrat Partiyası: 0,3 faiz
Türkiyə Dəyişiklik Partiyası: 0.1
Digər: 0,4 faiz
Xatırladaq ki, bu seçkidə əsas rəqabət - AK Partiya, MHP, Böyük Birlik Partiyası və bu gün bu partiyaların ittifaqına qoşulduğunu elan edən Cumhur İttifaqı ilə CHP, İYİ, Səadət, DEVA, Gələcək və Demokrat partiyalarının yaratdığı Millət İttifaqı arasında gedəcək.
Onu da qeyd edək ki, bu seçkidə hələlik bilinən odur ki, kürdlərin partiyası HDP Millət İttifaqına, HUDAR-PAR isə "Cumhur"a dəstək verəcək.
Bu anketə görə, "Cumhur"un vahid namizədi Ərdoğan "Millət"in vahid namizədi Kamal Kılıçdaroğluna uduzur.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ