"İsveç və Finlandiya NATO-ya fərqli zamanlarda üzv ola bilər"
Mia.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Kristersson açıqlama verib.
O, Türkiyə ilə arada yaranan problemə görə İsveçin NATO-ya üzvlüyünün gecikəcəyini gizlətməyib: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyü eyni vaxtda olmaya bilər. Olsun. Amma Finlandiyanın NATO-da olması İsveçin də təhlükəsiz olacağı deməkdir".
Baş nazir qeyd edib ki, İsveç mütləq NATO-ya üzv olacaq.
Xatırladaq ki, İsveçdə Quran kitabının yandırılmasından sonra Türkiyə açıq şıkildə İsveçin NATO-ya üzvlüyünə imkan verməyəcəyini bəyan edib.
Lamiyə
MİA.AZ