Türkiyə Konstitusiya Məhkəməsində bağlanma məsələsi müzakirə olunan HDP alternativ yolunu tapıb.

Mia.az xəbər verir ki, bu barədə HDP-nin həbsdə olan sabiq həmsdəri Səlahəddin Dəmirdaş yeni paylaşım edib.

Səlahəddin Dəmirtaş yeni yaradılan Yaşıl Sol Partiyasının loqosunu paylaşaraq yazıb: "Bu loqonu rəngli çap edib evdəki soyuducunun qapısına və otağın qapılarına yapışdırın. Nə olduğunu bilməyən qalmasın, lütfən. Lazım olacaq".

Onun bu payşlaşımından sonra Türkiyə parlamentində deputat sayına görə 3-cü partiya olan HDP rəhbərliyinin artıq partiyanın qapadılmasına hazır olduğunu üzə çıxır.

Ekspertlər deyir ki, HDP-nin qapadılma qərarı elan olunan kimi, onun rəhbərliyində təmsil olunan şəxslər və deputatlar tam şəkildə Yaşıl Sol Partiyasına keçərək, bu partiyanın loqosu altında mayın 14-dəki seçkiyə qatılacaqlar.

Lamiyə Əhmədli

mia.az