Hatayda dağıntılar altından 107 saat sonra 8 nəfərlik ailəsi ilə birgə sağ çıxarılan Hacı Murat Kılınç həmin anları "CNN Türk"ə danışıb.
Mia.az xəbər verir ki, Hacı Murat Kılınç səslərini eşidilməyəcəyini düşünərək, İzmir marşı oxumağa qərar verdiklərni və məhz bunun sayəsində səsləriin bayırda eşidildiyini deyib: "8 nəfər ailəmlə dəhşət içindəydik, səsimizii duyan, bizə yardım edən yox idi. Ən nəhayət, özümüzdə güc toplayıb, var gücümüzlə İzmir marşını oxumağa qərar verdik . Mən ritmi tutdum, ailə üzvlərim oxudu və bizi bu marş qurtardı...".
Zərərçəkən deyib ki, məhz bundan sonra onların səsi xilasedicilərə yetişib: "Allah onları qorusun. Bir ömür onları unutmayacağıq".
Lamiyə,
Mia.Az