Türkiyənin tanınmış teatrşünası Orhan Aydının keçmiş həyat yoldaşı və qızı Eylem Şafak Aydın yasa getdikləri Hatayda zəlzələnin dağıntıları altında qalıblar.
Mia.az xəbər verir ki, zəlzələ zamanı çökən binanın dağıntıları altında qalan sənətçinin qızı orda həyatı ilə vidalaşıb.
Məlumata görə, sənətkar dünən dağıntı altından çıxarılan qızının cəsədini Hataydan Muğla şəhərinin Akyaka rayon məzarlığına gətirərək dəfn edib.
Dəfndə sənətkarın ailəsi, dostları və bir qrup sevənləri iştirak ediblər.
Qeyd edək ki, sənətçinin keçmiş həyat yoldaşı sağdır.
Lamiyə,
Mia.az