Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib..
Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.
Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini vəzifələrində çalışır.