CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlunun hazırkı partiya sədri Özgür Özəlin prezident Ərdoğanla görüşə can atamasına "Sarayla müzakirə edilməz, mücadilə edilir" bəyanatı Türkiyədə siyasi gündəmi aktivləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP-nin parlamentdəki fraksiyasının sədr müavini Gökhan Günaydın Kamal Kılıçdaroğlunun sosial media hesabında ard-arda etirazlarına şərh verib.
O, "CHP gələcəyə ağılla və rahat bir ürəklə baxır, yumruqları sıxaraq yox. Türkiyəni təmsil edən bütün siyasi partiyalarla görüşəcəyik. Bununla belə, Cümhuriyyət prinsiplərindən bir millimetr də kənara çıxmayacağıq. Xahiş edirəm, bu mövqeyi hər kəs yaxşı bilsin", - deyə keçmiş sədrə mesaj verib.
Gökhan Günaydın TBMM-də keçirdiyi mətbuat konfransında bildirib ki, Cümhuriyyət Xalq Partiyası bütün siyasi qüvvələrlə danışıqlar aparan yeganə siyasi partiyadır və bu statusunu qoruyacaq.
Xatırladaq ki, Kamal Kılıçdaroğlu Ərdoğanın həm konstitusiya dəyişikliyinə hazırlaşması, həm də iqtisadiyyatla bağlı sərt qərarlar verəcəyini iddia edərək, hakim partiyanın özünə "suç ortağı" axtardığını bəyan edib: "Ərdoğan tarixininin ən ağır dövrünün məsuliyyətlərini üzərinə götürəcək tərəfdaş axtarır. O, iqtisadiyyatla bağlı daha sərt qərarlar verəcək. İşsizlik və yoxsulluq artacaq, dollar bahalaşacaq. Heç kim Ərdoğanın edəcəyi bu cinayətin iştirakçısı olmamalıdır. Ərdoğan məsuliyyətləri bölüşəcək tərəfdaş gəzir. Axı onunla nəyi müzakirə edəcəyik? Siz kimin nümayəndəsini təmsil edirsiniz? CHP millətin nümayəndəsidir. Biz xalqın problemlərini həll etmək üçün siyasət aparırıq, sarayın problemlərini həll etmək üçün yox. Ərdoğanın suçlarına heç kim tərəf olmamalıdır...".
CHP-nin sabiq sədrinin görüşə "yox" deyən digər paylaşımını isə aşağıda olduğu kimi təqdim edirik.
Tahir Şəlvəli
MİA.AZ