İsrailin maliyyə naziri Bezalel Smotriş dünyanın diqqətini özünə cəlb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsrailin xarici kəşfiyyat təşkilatı - "Mossad"ı HƏMAS hərəkatının liderlərini öldürməyə və Qəzza zolağını tamamilə məhv etməyə çağırıb.

Nazir bu barədə HƏMAS-la əsir mübadiləsi razılaşması ilə bağlı müzakirədən sonra deyib.

O, Hərbi Şuranın iclasından sonra X sosial media hesabında yazıb: ""Mossad"ın İsrailə zərər verənlərlə danışıqlara girməkdənsə, bütün dünyada HƏMAS liderlərini ortadan qaldıraraq bildiyi üsluba dönməlidir. HƏMAS-la danışıqlarla yox, onları raket və bombalarla danışmalıyıq. Qəzza zolağının cənubundakı Rəfah şəhərinin də mümkün qədər tez ələ keçirilərək orada HƏMAS-ı, Qəzzanı tamamən yox etmək gərəkdir. Bu, İsrailin təhlükəsizliyi və qaçırılan insanları geri qaytarmaq üçün yeganə yoldur".

Tahir Şəlvəli

MİA.AZ